Sürücüsüz avtomobil icarəsi. Sürücüsüz maşınların icarəsi

AvtoRent Rent a Car in Baku şirkətindən Sürücüsüz avtomobillərin icarəsi/maşınların kirayəsi  müvəqqəti istifadə üçün həm hüquqi, həm də fiziki şəxslər üçün əlverişlidir:
- Ölkənin regionlarının və ya təbiətinə səyahət
- Toy şənlikləri və tədbirlərdə iştirak etmək
- Öz avtomobilləri nasaz vəziyyətdə olduğu halda
- Korporativ nəqliyyat vasitəsi kimi istifadə üçün
- Qonaqların qarşılanması/ yola salınması üçün və s.

AvtoRent Rent a Car in Baku şirkətindən Sürücüsüz avtomobillərin icarəsi/maşınların kirayəsi vasitəsilə siz sərfəli qiymətə, etibarlı (ekonom), orta və biznes sinif avtomobil əldə etmiş olursunuz, eyni zamanda siz görkəmli avtomobil sürmək imkanı qazanırsınız.
Avtomobil icarəsi üçün Qiymət Siyahısı bölməsinə baxa bilərsiniz.

Müştəriyə qoyulan tələblər

Minimal yaş həddi
- 23 yaş

Sürücülük təcrübəsi
- 1 il

Tələb olunan sənədlər

Fiziki şəxslər üçün:
- Şəxsiyyət vəsiqəsi
- “B” kategoriyalı sürücülük vəsiqəsi

Hüquqi şəxslər üçün:

- Hüquqi şəxsin adından sənədlərin imzalanması üçün verilmiş etibarnamə
- Etibarnaməni təqdim edən şəxsin xarici pasportu və “B” kateqoriyalı sürücülük vəsiqəsi
- Hüquqi şəxsin rekvizitləri
* hər bir əlavə sürücüyə – yuxarıda göstərilən sənədlər paketi aiddir

Ərazi
- Azərbaycan Respublikasının ərazisi.


Avtomobilin icarəyə götürülməsi və təhvil verilməsi

AvtoRent Rent a Car in Baku şirkətindən Sürücüsüz avtomobillərin icarəsi/maşınların kirayəsi xidməti vasitəsilə icarəyə verilən avtomobillər müştəriyə texniki cəhətdən saz vəziyyətdə, təmiz ( avtomobilin korpusu və salonu), yanacaq çəni avtomobil istehsalçısı tərəfindən müəyyən edilmiş, markasına uyğun olan benzin ilə tam dolu vəziyyətdə təqdim edilir. Icarə vaxtı bitdikdən sonra avtomobil müştəri tərəfindən təmiz vəziyyətdə ( avtomobilin korpusu və salonu), yanacaq çəni avtomobilin markasına uyğun olan benzinlə dolu vəziyyətdə, müqavilədə qeyd olunduğu vaxtda və yerdə geri qaytarılır. Avtomobil geri qaytarılan zaman yuyulmamış,salonu çirkli olarsa, benzin çəni dolu olmazsa, təyin olunmuş yerdə geri qaytarılmazsa, müştəridən, müqaviləyə əsasən müəyyən olunmuş məbləğdə əlavə xidmət haqqı tutulur.
AvtoRent Rent a Car in Baku şirkəti tərəfindən icarəyə verilən nəqliyyat vasitələri “Avtomobillərin təhvil-təslim aktı” əsasında aparılır. Aktda avtomobillərin təhvil-təslimi zamanı hansı vəziyyətdə olduğu qeyd olunur.
Avtomobil təyin olunmuş vaxtdan 2 saat gec qaytarıldıqda, müştəri icarə haqqı ilə bərabər müqavilədə göstərilmiş məbləğdə AvtoRent Rent a Car in Baku şirkətinə cərimə ödəyir.
Müqavilə bağlanarkən müştəri tərəfindən qoyulmuş girov (300$), müqavilə üzrə bütün öhdəliklər həyata keçirildikdən və müqaviləyə əsasən bütün əlavə xidmət haqları, cərimələr(əgər varsa) və s. ödənildikdən sonra müştəriyə geri qaytarılır.